Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

İrəvan Bakıya təkliflər göndərdi: fikir ayrılığı…

İrəvan Bakıya təkliflər göndərdi: fikir ayrılığı…

Tarix: 9 Yanvar 2024 08:36

Azərbaycan və Ermənistan dövlət sərhədinin delimitasiyası komissiyalarının növbəti görüşü yanvarın sonunda keçiriləcək. Bu görüşlərə ehtiyac var, xüsusilə prosesin ikitərəfli formatda davam etdirilməsi baxımından.

Milli.Az axar.az-a istinadən xəbər verir ki, bu sözləri siyasi ekspert Asif Nərimanlı qeyd edib.

Ermənistan Təhlükəsizlik Şurası katibi Armen Qriqoryanın yanvarın 4-də İrəvanın Bakıya sülh müqaviləsi ilə bağlı təkliflər təqdim etdiyi barədə ötən gün yaydığı məlumatı xatırladan ekspert bildirib ki, tərəflərin açıqlamaları sülh danışıqlarına dair fikir ayrılığının aradan qalxmadığını deməyə əsas verir:

"Bakı sərhədin delimitasiyasını sonraya saxlamağı, sülh sazişinin imzalanmasını, yaxud ən azı bununla bağlı niyyət sənədinin qəbul edilməsini istəyir.

İrəvan "güzgü prinsipi"ni - qoşunların qarşılıqlı şəkildə geri çəkilməsini irəli sürür və ikitərəfli formatda danışıqları daha çox sərhəd məsələsi üzərində fokuslamaqla əsas müzakirələri Qərb platformasına daşımağa çalışır. Bu yanaşma sülh sazişinin imzalanmasını gecikdirən amildir. Çünki Bakı "güzgü prinsipi"ni qəbul etməyəcək, bunu İrəvanda da anlayırlar. Bu baxımdan, sərhəd komissiyaların görüşünün müsbət tərəfləri olsa da, əsas diqqətin buna fokuslanmağı prosesin uzanmasına zəmin yaradır".

Milli.Az


Etiketlər:  İrəvan Bakıya təkliflər göndərdi fikir ayrılığı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ