Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 9 Yanvar 2024 19:30
Rusiyanın Müdafiə Nazirliyi Ukrayna ordusunun yeni PUA hücumunun qarşısının alınması barədə məlumat yayıb.
Sonxeber.net qafqazinfo-ya istinadən xəbər verir ki, Rusiya Müdafiə Nazirliyi Ukrayna ordusuna məxsus 4 təyyarə tipli pilotsuz uçuş aparatının (PUA) Kursk və Orlov vilayətlərində Rusiya hava hücumundan müdafiə sistemləri tərəfindən vurulduğunu bildirib.
Qeyd olunub ki, Kiyev rejimi təyyarə tipli PUA-larla Rusiya Federasiyasının ərazisindəki mülki obyektlərə qarşı yeni terror aktı törətməyə cəhd edib.
İlk iki PUA Orlov şəhərindəki yanacaq-energetika məntəqəsinə düşüb.
Hücum nəticəsində baş verən yanğın qısa müddətdə söndürülüb. Hadisə nəticəsində 3 nəfər yaralanıb.