Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Blinkenlə Netanyahunun görüşünün təfərrüatları məlum oldu

Blinkenlə Netanyahunun görüşünün təfərrüatları məlum oldu

Tarix: 9 Yanvar 2024 20:20

ABŞ dövlət katibi Antoni Blinkenin İsrailin Baş naziri Benyamin Netanyahu ilə görüşünün təfərrüatları məlum olub.

Milli.Az report-a istinadən xəbər verir ki, bu barədə A.Blinken "X" sosial şəbəkəsindəki paylaşımında qeyd edib.

Görüş zamanı dövlət katibi təsdiqləyib ki, ABŞ İsrailin oktyabrın 7-də baş verənlərə bənzər hadisələrin təkrarlanmasının qarşısını almaq hüququnu dəstəkləyir: "Mən həmçinin mülki şəxslərə dəyən zərərin qarşısının alınmasının, mülki infrastrukturun qorunmasının və humanitar yardımın Qəzzada paylanmasının təmin edilməsinin vacibliyini vurğuladım".

Xatırladaq ki, A.Blinken İsraildə səfərdədir. O, daha əvvəl Prezident İsxak Hersoqla görüşüb.

Qeyd edək ki, Blinken yanvarın 4-də İsrail, Türkiyə və ərəb ölkələrinə səfərlər də daxil olmaqla, Yaxın Şərq ölkələrinə səfərə çıxıb.

Milli.Az


Etiketlər:  Blinkenlə Netanyahunun görüşünün təfərrüatları məlum oldu


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ