Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Litva ordunu PUA-larla tam təchiz edəcək

Litva ordunu PUA-larla tam təchiz edəcək

Tarix: 10 Yanvar 2024 00:44

Üç il ərzində Litva ordusu geniş spektrli kəşfiyyat xarakterli PUA ilə tam təchiz olunacaq.

Milli.Az axar.az-a istinadən xəbər verir ki, bu barədə Litva Silahlı Qüvvələri Baş Qərargahının Planlaşdırma şöbəsinin rəisi, polkovnik Rolandas Qreybus məlumat verib.

"Yaxın üç il ərzində ordunun bütün bölmələrinin bu effektiv kəşfiyyat vasitələri ilə təchiz edilməsi problemini həll edəcəyik. Çəkisi 15 kiloqramdan 150 kiloqrama qədər olan PUA-ların satınalma prosedurları başa çatmaq üzrədir. Növbəti mərhələ 2 kiloqramdan 15 kiloqrama qədər olan cihazların alınmasıdır", - polkovnik vurğulayıb.

Milli.Az


Etiketlər:  Litva ordunu PUA larla tam təchiz edəcək


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ