Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 10 Yanvar 2024 09:44
Amerika Birləşmiş Ştatları Fələstin-İsrail münaqişəsinin hazırkı mərhələsinin mümkün qədər tez bitməsini istəyir.
Sonxeber.net APA-ya istinadən bildirir ki, bunu ABŞ dövlət katibi Entoni Blinken İsrailə səfərinin yekunlarına dair mətbuat konfransında deyib.
Diplomat qeyd edib ki, "həddindən artıq çox qurbanlar, çox iztirab var".
Bununla yanaşı, Blinken hər şeyin HƏMAS-ın əlində olduğunu vurğulayıb: "Fələstin radikal hərəkatı silahı yerə qoyub girovları azad etsə, münaqişə sabah bitə bilər".