Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 10 Yanvar 2024 15:10
"Charles in Charge" və "Baywatch" seriallarındakı rolları ilə tanınan amerikalı aktrisa, 2-ci mərhələdə döş xərçəngi diaqnozu qoyulan Nikol Eggert xəstəliyin ilk əlamətlərindən danışıb.
Sonxeber.net publika.az-a istinadən xəbər verir ki, 51 yaşlı Eggert qeyd edib ki, o, diaqnozu dekabrın əvvəlində öyrənib. Lakin onun sözlərinə görə, narahatedici simptomlar xeyli əvvəl başlayıb: əvvəlcə o, 10 kiloqramdan çox çəkib, üç aydan sonra, oktyabrda isə sol döşündə şiddətli, döyünən ağrılar hiss edib. Populyar aktrisa xatırladıb ki, əvvəlcə bu simptomları menopauza ilə əlaqələndirib, lakin öz-özünə diaqnoz qoyduqdan sonra süd vəzində bir şiş görüb.
"Mən dərhal həkimimin yanına getdim. O dedi ki, təcili müayinədən keçməliyəm", - Eggert deyib.
"Baywatch" ulduzu iddia edir ki, testlərdən keçmək və nəticələri gözləmək bir neçə həftə çəkib. Həkimlər sonda Eggert-ə 2-ci mərhələdə döş xərçəngi diaqnozu qoydular və indi o, müalicəyə başlamalı olacağını söylədi. "Yeganə sual budur ki, əməliyyatdan əvvəl müalicə olunmalıyam, yoxsa şişi kəsə bilərlər, sonra müalicə edəcəyəm", - deyə sənətçi izah edib.
Eggert diaqnozu öyrəndiyi andan çaxnaşma içində olduğunu etiraf etdi. O, əlavə edib ki, özündən başqa baxacaq kimsəsi olmayan 12 yaşlı qızının düşüncəsi onun narahatlığını artırır.