Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Məşhur xanəndədən toyda görün nə oxumasını istədilər - Çox varlı bir ailənin toyu idi...

Məşhur xanəndədən toyda görün nə oxumasını istədilər - Çox varlı bir ailənin toyu idi...

Tarix: 10 Yanvar 2024 16:25

Azərbaycanda çox varlı bir ailənin keçirdiyi toy məclisində ev sahibi toyda azan oxunmasını istəyib.

Milli.Az lent.az-a istinadən xəbər verir ki, məlumata görə, o bundan ötrü xanəndə Mirələm Mirələmova müraciət edib, istədiyi qonorarın müqabilində məhz onun səsindən azan oxunması arzusunu bildirib.

Bu barədə Mirələm Mirələmov özü məlumat verib. O qeyd edib ki, toy sahibinin arzusunu yerinə yetirməyib.

"O məclisdə içki verilirdi. Dini inanclarım var. Belə bir addımın düzgün olmayacağını düşündüm, azan oxumayacağımı dedim. O da sonra məni anladı və fikrindən daşındı", - deyə müğənni bildirib.

Qeyd edək ki, xanəndə Mirələm Mirələmov azan oxuma videosu sosial şəbəkələrdə maraqla qarşılanmışdı.

Milli.Az


Etiketlər:  Məşhur xanəndədən toyda görün oxumasını istədilər Çox varlı bir ailənin toyu idi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ