Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 10 Yanvar 2024 17:55
"Mən əvvəl ağır bir xəstəlik keçirdim, ölüm ayağından qayıtmışam. Cəmi 34 kiloqram çəkim qalmışdı".
Sonxeber.net bakıvaxtı.az-a istinadən xəbər verir ki, bu sözləri meyxanaçı Rüfət Nasosnu "Rəngarəng səhər" verilişində deyib.
Meyxanaçı xəstəliyinin müalicəsi olmadığını bildirib: "Ömrümün bəzi hissəsi var ki, onu həyatdan saymıram".
Rüfət Nasosnu qeyd edib ki, hamının səhvi olur: "Mən də gəncliyimdə səhvlər etmişəm. Xəstəliyimə gəldikdə isə, onun müalicəsi yoxdur".