Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 10 Yanvar 2024 22:00
İsrail mediası yazıb ki, baş nazir Binyamin Netanyahu rəhbərlik etdiyi Likud Partiyasının üzvlərinin onu devirmək üçün müxalifətçilər ilə ortaq olacağından narahatdır.
Sonxeber.net publika.az-a istinadən xəbər verir ki, Likud üzvlərinin Netanyahuya qarşı tənqidləri artıb. Xəbərdə Netanyahunun qeyri-vacib nazirlikləri bağlamaq bəhanəsi ilə istefa verən nazirləri yenidən vəzifələrinə qaytarmağa çalışdığı qeyd edilib.
İsraildə qüvvədə olan "Norveç qanunu"na görə, nazir olan millət vəkili parlamentdəki yerini mənsub olduğu partiyadan seçkilərə qatılan və qalib gəlməyən şəxsə verir.
İsraildə son vaxtlar Likuda ictimai dəstəyin azalmasını israilli ekspertlər Netanyahudan narazılıqla əlaqələndirirlər.
Qeyd edək ki, rəy sorğularına görə, İsrailin baş nazirinə dəstək 15 faizə düşüb.