Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 11 Yanvar 2024 17:35
Xalq artisti Naibə Allahverdiyeva mərhum Əməkdar artist Aygün Bəylərlə bağlı paylaşım edib.
Sonxeber.net axşam.az-a istinadən xəbər verir ki, aktrisa xanəndə ilə son görüşlərini belə xatırlayıb:
"Əlvida... Son görüşümüz muğam mərkəzində oldu. Bir az kefsiz idim deyə, heç kimə baxmadan asılqana tərəf getdiyim anda kimsə qolumdan tutub, məni qucaqlayaraq dedi: "Necəsiniz, Naibə xanım?". Fikir qarışıqlığından bir anlıq qarşımda kimin olduğunu sezə bilmədim. Aygün çox dəyişmişdi, sanki kökəlmişdi. Mən də onu qucaqlayaraq "Yaxşıyam canım, sən necəsən" dedim. O isə gözlərindəki özünəməxsus parlaqlığı ilə gülümsəyərək, yaxşıyam dedi və uzaqlaşdı. Özü də əbədi... Xərçəng olduğunu unutmuşdum. Allah sənə rəhmət eləsin, sənətkar".
Qeyd edək ki, Aygün Bəylər yanvarın 6-da Ankarada müalicə aldığı xəstəxanada dünyasını dəyişib.