Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Zaurdan Elzaya : “Flora Kərimovaya dil uzatmaq...”

Zaurdan Elzaya : “Flora Kərimovaya dil uzatmaq...”

Tarix: 11 Yanvar 2024 20:45

Teleaparıcı Zaur Nəbioğlu növbəti açıqlaması ilə gündəmə gəlib.

Milli.Az bakıvaxtı.az-a istinadən xəbər verir ki, o, Əməkdar artist Elza Seyidcahana söz atıb.

"Rəngarəng səhər" verilişində korifey sənətçilərdən söz salan Zaur müğənniləri onlara hörmət etməyə səsləyib: "Nisə Qasımova, Flora Kərimova, Nazpəri Dostəliyeva kimi sənətçilərə dil uzatmaq çox ayıb bir şeydir. Sizdən çox ola bilər, amma onlardan bir də olmayacaq".

Qeyd edək ki, bir neçə gün öncə Əməkdar artist Elza Seyidcahan və Xalq artisti Flora Kərimova arasında qalmaqal yaşanıb. Belə ki, əvvəlcə Flora Kərimova Elza Seyidcahanın geyimlərini tənqid edib. Bundan əsəbləşən Seyidcahan isə nalayiq sözlər işlədib, mikrafonu yerə çırparaq studiyanı tərk edib.

Hadisənin növbəti günü isə, o, canlı efirə qoşularaq, Xalq artistindən üzr istəyib.

Milli.Az


Etiketlər:  Zaurdan Elzaya Flora Kərimovaya dil uzatmaq


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ