Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Şakiranın həyat yoldaşı olduğunu iddia edən şəxs həbs olundu - FOTO

Şakiranın həyat yoldaşı olduğunu iddia edən şəxs həbs olundu - FOTO

Tarix: 12 Yanvar 2024 15:15

Məşhur müğənni Şakiranın həyat yoldaşı olduğunu iddia edən Daniel Con Valtye adlı şəxs Mayamidə həbs edilib.

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, həmin şəxs Şakiraya hədiyyələr - şərab, şokolad və oyuncaqlar göndərirmiş.

Bildirilib ki, o, həbs olunmazdan əvvəl taksi ilə ifaçının evinə gəlib. Həbs edilən və məhkəmə qarşısına çıxarılan Daniyel Şakiradan uzaq durmaq əmrlərinə tabe olmayacağını deyib:

"O, mənim həyat yoldaşımdır. Hər zaman onunla danışıram".

Hakim onun barəsində girov pulunu ikiqat artıraraq 100 min dollara çatdırıb.

Qeyd edək ki, Daniyel 1988-ci ildə də həbs edilib. O, sonuncu dəfə 2019-cu ildə El Pasoda cinayətə görə həbsdə olunub.

Şakira eks-sevgilisi, "Barselona"nın keçmiş müdafiəçisi Jerar Pikedən xəyanətə görə ayrılıb. İkili 11 il münasibətdə olub. Onların iki oğul övladı var - 9 yaşlı Milan və 7 yaşlı Saşa.

Milli.Az


Etiketlər:  Şakiranın həyat yoldaşı olduğunu iddia edən şəxs həbs olundu FOTO


RƏYLƏR