Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Azərbaycanda şirkət 20 min manat cərimələndi

Azərbaycanda şirkət 20 min manat cərimələndi

Tarix: 12 Yanvar 2024 16:56

Əmək hüququnun pozulması barədə daxil olmuş vətəndaş müraciəti əsasında Mingəçevir şəhər prokurorluğunda araşdırma aparılıb.

Mingəçevir şəhər prokurorluğundan Sonxeber.net-a verilən məlumata görə, araşdırma zamanı "Baksel Tele Satış Mərkəzi" MMC-nin direktoru Səyyad İbrahimlinin əmək müqaviləsi bağlamadan Pəri Orucovanı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb etməsi müəyyən edilib.

Fakt üzrə Mingəçevir şəhər prokurorluğunda MMC barəsində İnzibati Xətalar Məcəlləsinin 192.1-ci (əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi) maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraat başlanaraq baxılması üçün məhkəməyə göndərilib.

Mingəçevir şəhər məhkəməsinin qərarı ilə hüquqi şəxs 20 min manat məbləğində inzibati cərimə edilib.


Etiketlər:  Azərbaycanda şirkət manat cərimələndi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ