Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 12 Noyabr 2019 12:24
İngiltərə millisinin üzvü Rahim Sterlinq Avro-2020-nin seçmə mərhələsində Monteneqro ilə oyunu buraxacaq.
Qol.az-ın "The Guardian"a istinadən yaydığı xəbərə görə, 24 yaşlı yarımmüdafiəçisi millinin düşərgəsində "Liverpul"un müdafiəçisi Co Qomeslə dalaşdığı üçün heyətdən kənarlaşdırılıb.
Bildirilir ki, “Mançester Siti”nin heyətində İngiltərə Premyer Liqasının 12-ci turunda “Liverpul”a səfərdə 1:3 hesabı ilə uduzduqları görüşdə 22 yaşlı müdafiəçi ilə mübahisə edən Sterlinq bunu yığmanın düşərgəsində də davam etdirib.
Sterlinq baş verənlərdən sonra üzr istəyib.
Qeyd edək ki, İngiltərə - Monteneqro oyunu noyabrın 14-ü keçiriləcək.