Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Ermənistan bu məsələni Türkiyə ilə razılaşdıracaq

Ermənistan bu məsələni Türkiyə ilə razılaşdıracaq

Tarix: 13 Yanvar 2024 13:14

"Araz çayını əvvəlki məcrasına qaytarmaq üçün orada bəndin tikintisi layihəsi, lazım gələrsə, Türkiyə ilə razılaşdırılacaq".

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə Ermənistan Ərazi İdarəetmə və İnfrastruktur Nazirliyinin Mətbuat xidməti bildirib.

"Hazırda layihə sənədlərinin Rusiya Sərhəd Qoşunlarının rəhbərliyi ilə, lazım gələrsə, Türkiyə tərəfi ilə razılaşdırılması üzrə müzakirələr aparılır. Onlar başa çatdıqdan sonra tikinti işlərinə başlanılacaq", - məlumatda deyilir.

Müqavilə və layihə sənədlərinə əsasən, tikinti işlərinin müddəti 16 ay olacaq.

Daha əvvəl verilən xəbərə görə, bəndin tikintisi 1 milyon dollara yaxın məbləğə başa gələcək.  

Milli.Az


Etiketlər:  Ermənistan məsələni Türkiyə ilə razılaşdıracaq


RƏYLƏR

OXŞAR XƏBƏRLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ