Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Azərbaycan ABŞ-a 33 mln.dollarlıq alüminium ixrac edəcək

Azərbaycan ABŞ-a 33 mln.dollarlıq alüminium ixrac edəcək

Tarix: 12 Noyabr 2019 13:42

Bakı. Trend:

“Azəralüminium” MMC Sumqayıt Texnologiyalar Parkı ilə kooperasiya əlaqələrinin yaradılması nəticəsində alüminium xəlitələrdən silindrik pəstahların istehsalına başlayıb.

MMC-dən Trend-ə verilən məlumata görə, həmin məhsulların sınaq partiyasının müasir dünya standartlarının tələblərinə uyğunluğu avropalı mütəxəssislər tərəfindən təsdiq edildikdən sonra, ümumilikdə 6000 ton məhsul istehsala buraxılıb və bunun 12 mln. dollar dəyərində olan 5700 tonu Avropa bazarlarına ixrac edilib.

Müəssisənin tarixində ilk dəfə olaraq, ABŞ-a 2100 ton məhsul ixrac edilib.

2020-ci ildə ABŞ-a 33 mln.dollar dəyərində alüminium məhsullarının satışı üzrə müqavilələr bağlanıb.


Etiketlər:  Azərbaycan ABŞ a 33 mlndollarlıq alüminium ixrac edəcək


RƏYLƏR