Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Göygöldə ev oğruları saxlanılıb (FOTO)

Göygöldə ev oğruları saxlanılıb (FOTO)

Tarix: 12 Noyabr 2019 15:03

Bakı. Trend:

Göygöl Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində cari ilin avqust ayında rayonun Hacıməlik qəsəbəsindəki evdən oğurluq edən şəxslər saxlanılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan Trend-ə verilən məlumata görə, aparılan araşdırmalarla müəyyən edilib ki, Gəncə şəhər sakini, əvvəllər məhkum olunmuş 32 yaşlı Rəşad Ələkbərov və 37 yaşlı Ülvi Novruzov avqust ayının 27-də rayonun Hacıməlik qəsəbəsindəki evlərdən birinə gizli yolla daxil olaraq oradan ümumi dəyəri 5000 manat olan müxtəlif növ qızıl zinət əşyası, 400 manat nağd pulu və ümumi dəyəri 400 manat olan 3 ədəd mobil telefonu oğurlayıblar.

R.Ələkbərov və Ü.Novruzov saxlanılaraq maddi sübutla birlikdə istintaqa təhvil verilib və onların Gəncə şəhərində də bir neçə analoji cinayət hadisəsi törətdiyi ehtimal olunduğundan faktla bağlı araşdırmalar davam etdirilir.

Göygöldə ev oğruları saxlanılıb (FOTO) Göygöldə ev oğruları saxlanılıb (FOTO) Göygöldə ev oğruları saxlanılıb (FOTO) Göygöldə ev oğruları saxlanılıb (FOTO)


Etiketlər:  Göygöldə ev oğruları saxlanılıb FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ