Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Toy zamanı döşəmə çökdü: 35 nəfər xəsarət alıb, bəy və gəlin...

Toy zamanı döşəmə çökdü: 35 nəfər xəsarət alıb, bəy və gəlin...

Tarix: 16 Yanvar 2024 01:14

İtaliyanın Pistoia şəhərində toy zamanı döşəmənin çökməsi nəticəsində 35 nəfərin xəsarət aldığı bildirilib.

Milli.Az publika.az-a istinadən xəbər verir ki, İtaliya mətbuatında yer alan xəbərdə ölkənin şimal şəhərində tədbir yeri olaraq istifadə edilən köhnə bir monastırın döşəməsinin toy zamanı çökdüyü bildirilib. Hadisənin qonaqların rəqs edərkən baş verdiyi və insanların təxminən 4 metr hündürlükdən yıxıldığı bildirilib.

Bildirilib ki, çökmə nəticəsində dəmir-beton binanın içərisində 3 metr diametrdə boşluq yaranıb. Hadisə nəticəsində 35 nəfərin yaralandığı bildirilib. Xəstəxanaya yerləşdirilənlər arasında yeni evlənən cütlük də var. Prokurorluğun araşdırmaya başladığı bildirilib.

Milli.Az


Etiketlər:  zamanı döşəmə çökdü nəfər xəsarət alıb bəy gəlin


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ