Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Lionel Messi 2023-cü ilin ən yaxşı futbolçusu seçildi

Lionel Messi 2023-cü ilin ən yaxşı futbolçusu seçildi

Tarix: 16 Yanvar 2024 08:36

Argentinalı hücumçu Lionel Messi Beynəlxalq Futbol Federasiyası (FIFA) tərəfindən 2023-cü ilin ən yaxşı futbolçusu seçilib.

Milli.Az APA-ya istinadən xəbər verir ki, mükafatlandırma mərasimi Londonda keçirilir.

Mükafata İngiltərənin "Mançester Siti" klubunda çıxış edən norveçli hücumçu Erlinq Haaland və fransalı PSJ-nin hücumçusu Kilian Mbappe də namizəd olub.

Qeyd edək ki, 2022-ci ilin dekabrında Messi Argentina millisinin tərkibində Qətərdə dünya çempionu oldu. Hücumçu yeddi matçda yeddi qol vuraraq turnirin ən yaxşı oyunçusu kimi tanınıb. Forvard ötən mövsümü "Paris Saint-Germain"də keçirib. Burada Fransa çempionu və turnirin ən yaxşı assistenti (16 məhsuldar ötürmə) olub.

Milli.Az


Etiketlər:  Lionel Messi 2023 ilin ən yaxşı futbolçusu seçildi


RƏYLƏR