Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 12 Noyabr 2019 17:36
Bakı. Elçin Mehdiyev - Trend:
İndiyə qədər tikilən sosial evlərə marağın böyük olduğunu nəzərə alaraq, ölkədə belə evlərin tikintisini artırmaq lazımdır.
Trend-in məlumatına görə, bunu Milli Məclisin deputatı Aydın Mirzəzadə parlamentin bu gün keçirilən plenar iclasında deyib.
Deputat Azərbaycanın regionlarında da sosial evlərin tikilməsini zəruri hesab edib: “Maliyyə Nazirliyinə təklif edirəm ki, həm paytaxda sosial evlərin tikintisini artırsın, eyni zamanda regionlarda belə evlərin tikintisinə başlanılsın”.
Deputat həmçinin ipoteka kreditlərinin faizlərinə yenidən baxılmasını təklif edib: “Hesab edirəm ki, paytaxtda və regionlarda ipoteka faizinin dəyişməsi məqsədəuyğundur. Regionda əhalinin gəliri paytaxtdakı qədər deyil. Ona görə də regionlarda ipoteka faizlərinin aşağı salınmasını təklif edirəm”.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin