Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

30 yaşlı dünya çempionu öldü

30 yaşlı dünya çempionu öldü

Tarix: 19 Yanvar 2024 16:42

Kanadalı yüngül atlet və dirəklə tullanma üzrə 2015-ci ilin dünya çempionu Şonesi Barber 30 yaşında vəfat edib. 

Milli.Az lent.az-a istinadən bildirir ki, bu barədə idmançının daxil olduğu Akron Universitetinin (ABŞ) komandasının rəsmi saytındakı məlumatda deyilir.

Barbər Texas ştatının Kinqvud şəhərindəki evində dünyasını dəyişib. İdmançının son vaxtlar səhhətində problemlə üzləşdiyi bildirilir.

Şonesi Barber bu intizam üzrə dünya çempionatlarında Kanada komandasının ilk medalçısı olub. 2016-cı ildə kanadalı altı metr nəticə göstərərək milli rekorda imza atmışdı.

2016-cı ildə Braziliyada keçirilən Olimpiadada Şonesi 10-cu yeri tutub.

Milli.Az


Etiketlər:  30 yaşlı dünya çempionu öldü


RƏYLƏR