Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

“Bəlkə də 30 ildir belə güclü İngiltərə millisi olmayıb"

“Bəlkə də 30 ildir belə güclü İngiltərə millisi olmayıb

Tarix: 20 Yanvar 2024 06:36

"Çelsi"nin və İngiltərə millisinin sabiq müdafiəçisi Con Terri ölkəsinin yığmasının Avro-2024-dəki çıxışı ilə bağlı gözləntilərini bölüşüb.

Milli.Az qol.az-a xəbər verir ki, o, "Sky Sports"a açıqlamasında deyib: "Bəlkə də 30 ildir belə güclü komandamız olmayıb. Oyunçuların yaxşı əlaqəsi var və bir-birini dəstəkləyir. Komandada güclü və təcrübəli futbolçuların qarışığı mövcuddur".

2024-cü il Avropa çempionatı iyunun 14-dən iyulun 14-dək Almaniyada keçiriləcək. İngiltərə C qrupunda Danimarka, Serbiya və Sloveniya ilə qarşılaşacaq.

Milli.Az


Etiketlər:  Bəlkə 30 ildir belə güclü İngiltərə millisi olmayıb


RƏYLƏR