Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 20 Yanvar 2024 16:42
"Apple"ın əfsanəvi CEO-su və müasir texnologiya dünyasının təməl daşlarından biri olan Stiv Cobs əslində suriyalı mühacir atanın oğludur. Anasının ailəsi onun müsəlmanla evlənməsini istəmədiyi üçün, Cobsu övladlığa verməyə məcbur ediblər. Stiv Cobsun əsl atası Əbdülfəttah Con Cəndəli öz oğlu ilə bir neçə təsadüfi ayaqüstü salamlaşmadan başqa heç vaxt danışmayıb.
Sonxeber.net sfera.az-a istinadən bu maraqlı həyat hekayəni sizə təqdim edir.
Əbdülfəttah Con Cəndəli 1931-ci ildə Suriyanın Homs şəhərində anadan olub. Anası evdar qadın, atası isə çoxlu kəndlərin sahibi olan varlı adam idi.
Rahat həyat tərzi keçirən Candali Dəməşq Universitetində hüquq təhsili almaq istəsə də, atası etiraz etdikdə Beyrutdakı Amerika Universitetində təhsil almağa gedir. Candali ərəb millətçi fəalı idi. Hər bir aksiyada iştirak edirdi. İştirak etdiyi etiraz aksiyalarına görə çətinliyə düşəndə ölkəni tərk etmək qərarına gəlib. O, Amerikada Suriyanın BMT-dəki səfiri vəzifəsində çalışan qohumunun yanına gedib. Daha sonra Kolumbiya Universitetində Siyasi Elmlər və İqtisadiyyat üzrə təhsil almağa başlayıb.
Kolumbiya Universitetini bitirdikdən sonra Candali Viskonsin Universitetinə köçüb və orada doktorluq dərəcəsi alıb. Doktorantura oxuyarkən bir qadına aşiq olub və onunla münasibət qurub.
Carol Schieble (Coanna Karol Şeybl) adlı bu qadın bir müddət sonra hamilə qalıb. Evlənməyə qərar verən cütlük problemlə üzləşib. Coanna alman-isveçrə əsilli ciddi katolik, Candali isə müsəlman bir ailənin övladı idi. Bu səbəbdən də qadının ailəsi evliliyə qarşı çıxıb. Coanna körpəni 24 fevral 1955-ci ildə dünyaya gətirib. O, Candali ilə körpənin doğulmasına az qalmış ayrılıb. Ailəsinin xahişi ilə körpə Klara Cobs və Pol Cobsa övladlığa verilib. Coannanın atasının ölümündən sonra yenidən görüşməyə başlayan cütlük bu dəfə evlənərək, bir qız uşağı sahibi olublar.
Candali diplomat olmaq arzusu ilə Suriyaya getsə də, axtardığını tapa bilməyib. Bir müddət Homsda neft emalı zavodunda işlədikdən sonra yenidən ABŞ-a qayıdıb.
Qayıdanda nə keçmiş həyat yoldaşı, nə də uşaqları ilə görüşüb. Nevada və Miçiqan Universitetlərində dosent vəzifəsində çalışıb. O, Las-Veqasda restoran alıb. Daha sonra Nevadadakı "Boomtown Casino& Hotel"də vitse-prezident vəzifəsində çalışıb. 2022-ci ildə 90 yaşında təqaüdə çıxmağın dadını yaşayır.
Qeyd edək ki, ilk dəfə 2005-ci ildə David Galbraith adlı jurnalist tərəfindən Twitter-dəki paylaşımda Stiv Cobsun övladlığa götürüldüyü və atasının suriyalı mühacir Əbdülfəttah Con Candali olduğu açıqlanmışdı.
BBC məsələni araşdırdıqdan sonra hadisənin real olduğunu təsdiqləyib. Cobs məsələ ilə bağlı açıqlama verərək, özünü heç vaxt tərk edilmiş hiss etmədiyini bildirib. O bildirib ki, övladlığa götürüldüyünü bilmək ona özünü müstəqil hiss etdirib. Ailəsinin onu hər zaman özəl hiss etdirdiyini deyən Cobs onları heç vaxt ögey ailə kimi görmədiyini də sözlərinə əlavə edib. Cobs bir neçə dəfə öz atasına məxsus restorana getmək imkanı qazanıb. Onunla əl sıxışaraq görüşsələr də, bundan başqa ünsiyyət qurmayıblar. Cobs bacısı Mona Simpsonla 27 yaşında tanış olub.
Əbdülfəttah Con Candali isə, hadisələrdən anladığımız qədər, son dərəcə rahat bir insandır. Eyni ölkədə olsalar da qızı və ya oğlu ilə görüşməyən Candaliyə bu barədə sual verdikdə o: "Harada yaşadığımı bilirlər, kim istəsə gəlib görüşə bilər"-deyə cavab verib.
O, keçmiş həyat yoldaşı haqqında xoşuna gəlmədiyi şey öyrəndiyi üçün onunla görüşmədiyini deyib.
Əbdülfəttah Con Candali oğluna ad günündə mesaj göndərdiyini, bundan başqa heç bir münasibətlərinin olmadığını bildirib. Çox adam ona oğlu ilə tanış olmağını məsləhət görsə də, bundan narahat olduğunu deyib.
"Oğlum "Apple" şirkətinin baş direktoru, qızım Mona isə məşhur yazıçıdır, amma onları mən böyütməmişəm"-deyə bildirib.
Stiv Cobs isə övladlığa götürüldüyünü bilmənin onu necə azad hiss etdirdiyini vurğulayır. Cobs amerikalı bir ailə tərəfindən sadə bir insan kimi böyüdülüb. O, ABŞ-dakı irqçiliklə heç vaxt qarşılaşmayıb.
Yalnız Donald Trampın anti-immiqrant siyasəti zamanı məlum olub ki, Cobs suriyalı atanın oğludur. Əbdülfəttah Con Candali varlı bir ailənin oğlu idi. ABŞ isə ehtiyacı olanları deyil, zəngin immiqrantları qəbul edir. Ona görə də Stiv Cobs bioloji ailəsi tərəfindən böyüdülsəydi də, oxşar uğura nail ola bilərdi. Bununla belə, onun bu ailədə böyüsə, "Apple" şirkətinin baş direktoru olub-olmayacağını demək olmaz. Çünki kompüterlərə olan sevgisi onu böyüdən atası Paul Cobs tərəfindən aşılanıb, lakin o, əsl atasının yanında böyüsəydi, ən yaxşı halda varlı bir tacir ola bilərdi.