Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

İsrailin öldürdüyü SEPAH-çı kimdir? - İran yasa batdı

İsrailin öldürdüyü SEPAH-çı kimdir? - İran yasa batdı

Tarix: 20 Yanvar 2024 22:36

İsrailin Dəməşqə zərbəsi nəticəsində ölən 5 SEPAH üzvündən biri Qüds briqadası komandirinin təhlükəsizlik üzrə müavini Höccətullah Ümidvardır.

Milli.Az axar.az-a istinadən xəbər verir ki, bu barədə İran mediası məlumat yayıb.

Bildirilir ki, Höccətullah Ümidvarın Suriyadakı əməliyyat adı Hacı Sadiq olub. Suriya ordusunda nüfuz sahibi olan Hacı Sadiq bir çox əməliyyatın hazırlanmasına rəhbərlik edib.

H.Ümidvarın ölümü İranda böyük əks-səda doğurub.

Qeyd edək ki, İsrail ordusu bu gün Dəməşqdə SEPAH zabitlərinin qərargah kimi istifadə etdiyi dördmərtəbəli binaya zərbə endirib. Nəticədə bina tamamilə dağılıb, H.Ümidvar da daxil olmaqla, SEPAH-ın 5 hərbi müşaviri və suriyalı hərbçilər ölüb.

Milli.Az


Etiketlər:  İsrailin öldürdüyü SEPAH çı kimdir İran yasa batdı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ