Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 21 Yanvar 2024 07:34
İsrailin silahlı qüvvələri İordan çayının qərb sahilində, Xevron şəhərində reydlər həyata keçirir.
Sonxeber.net report.az-a istinadən xəbər verir ki, bu barədə Qətərin "Əl-Cəzirə" telekanalı məlumat yayıb.
Məlumata görə, İsrailin hərbi birləşmələri şəhərin rayonlarından birində yol qovşağında cəmləşib. Bundan əlavə, hərbi karvan şəhər istiqamətində hərəkət edir.
Xatırladaq ki, 2023-cü il oktyabrın 7-də Qəzza zolağından HƏMAS silahlılarının İsrail ərazisinə soxulmasından sonra Yaxın Şərqdə vəziyyət kəskin şəkildə pisləşib, bu, sərhədyanı yaşayış məntəqələrinin sakinlərinin öldürülməsi və uşaqlar, qadınlar və qocalar da daxil olmaqla 200-dən çox insanın girov götürülməsi ilə nəticələnib.
İsrail tərəfi baş verənlərə cavab olaraq bu günə qədər davam edən "Dəmir qılınclar" əməliyyatının başladığını elan edib.