Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Ronaldo: "Portuqaliya millisi Avro 2024-ü qazanmağa qadirdir"

Ronaldo:

Tarix: 21 Yanvar 2024 22:00

Portuqaliya millisinin və Səudiyyə Ərəbistanı "Əl-Nəsr"inin hücumçusu Kriştiano Ronaldo qarşıdan gələn Avro-2024 öncəsi yığma komandasının gücünü dəyərləndirib.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, 38 yaşlı forvard bunları deyib:

"Mənim üçün turnirdə qələbəyə iddialı olmaq yarışın favoriti olmaqla eyni şeyi ifadə edir. Nəzərə almaq lazımdır ki, biz bəlkə də Avro-2016-da favorit deyildik. Amma bu turniri qazandıq. Biz Avro-2024-ün də qalibi olmağa qadirik. 

İndi Portuqaliya millisinə başqa cür baxırlar. Ona görə də hesab edirəm ki, biz Avropa çempionatına qalib gələcəyimizə inanmalıyıq".

Xatırladaq ki, Avro-2024-ün qrup mərhələsində Portuqaliya millisi Türkiyə, Çexiya və pley-off mərhələsi vasitəsilə turnirə vəsiqə qazanan digər komanda ilə qarşılaşacaq. Avropa çempionatı iyunun 14-dən iyulun 14-dək Almaniyada keçiriləcək.

Milli.Az


Etiketlər:  Ronaldo Portuqaliya millisi Avro 2024 ü qazanmağa qadirdir


RƏYLƏR