Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Rusiya yeni Priqojinə “hamilədir”''

''Rusiya yeni Priqojinə “hamilədir”''

Tarix: 22 Yanvar 2024 10:10

Rusiya yenidən Kiyev və Ukraynanın digər şəhərlərini raket atəşinə tutacaq. Bu halda mülki insanlar arasında ölənlərin artacağını ehtimal etmək olar.

Sonxeber.net bildirir ki, bunu siyasi şərhçi Elxan Şahinoğlu qeyd edib.

Kreml bu yolla Rusiyanın işğalı altındakı Donetsk şəhərinin atəşə tutulması nəticəsində ölənlərin "intiqamını" Ukraynadan almağa çalışacaq. Əgər buna qədər Ukraynanın gücü ancaq Rusiyanın sərhəddə yaxın Belqorod şəhərini hədəf almağa yetirdisə, hazırda hədəf seçilə bilən Rusiya şəhərlərinin sayı artıb. Ukrayna dronları artıq Sankt-Peterburqdakı mərkəzlərə qədər məsafə qət edə bilir. Belə vəziyyətdə Kreml sahibi Vladimir Putin nə edəcək? O müdafiə nazirinə əmr verəcək ki, Ukraynaya qarşı yeni həmlələr həyata keçirsin. Rusiya ordusu cəbhə bölgəsində irəliləməyə çalışdıqca itkiləri artır. Belə vəziyyətdə Rusiya yeni Priqojinə "hamilədir".


Etiketlər:  Rusiya yeni Priqojinə hamilədir


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ