Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

İlk türkiyəli astronavt kosmosdan Bakının şəklini çəkəcək - FOTO

İlk türkiyəli astronavt kosmosdan Bakının şəklini çəkəcək - FOTO

Tarix: 22 Yanvar 2024 12:20

Kosmosa uçan ilk türkiyəli astronavt Alper Gezeravcı Beynəlxalq Kosmik Stansiyada olduğu müddətdə Türkiyə ilə tez-tez əlaqə yaradacaq. Onun Türkiyə ilə ən azı 7 dəfə əlaqə saxlayacağı bildirilir.

Milli.Az oxu.az-a istinadən bildirir ki, Gezeravcının ilk olaraq danışacağı şəxs isə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan olacaq.

Həmçinin türkiyəli astronavtın ailəsi ilə, eyni zamanda sənaye və texnologiya naziri Mehmet Fatih Kacır ilə videogörüşü nəzərdə tutulur.

Alper Gezeravcı, həmçinin Bursadakı Gökmen Kosmik Aviasiya Təhsil Mərkəzi və Ankaradakı Tübitak Kosmik Mərkəzi ilə də əlaqə yaradacaq.

Türkiyəli astronavt Beynəlxalq Kosmik Stansiyada qaldığı müddətdə türkiyəli tələbələrlə də danışacaq, Samsun, Kocaeli, Hatay, Diyarbəkir, Konya və Balıkesirdən olan universitet, lisey və orta məktəb tələbələri ilə təcrübələrini bölüşəcək.

Alper Gezeravcı kosmosdan Bakı, Konya, Ankara, İstanbul və Çanaqqalanın, Mersinin Silifke mahalının və Ağrı dağının fotoşəkillərini çəkəcək.

Milli.Az


Etiketlər:  İlk türkiyəli astronavt kosmosdan Bakının şəklini çəkəcək FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ