Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Ançelotti Ardaya görə məşqi iki dəfə dayandırdı

Ançelotti Ardaya görə məşqi iki dəfə dayandırdı

Tarix: 22 Yanvar 2024 17:48

"Real Madrid"in heyətində hələlik bir rəsmi matçda meydana çıxan Arda Gülerin məşq performansı məşqçilər heyətini heyran edir.

Milli.Az metbuat.az-a istinadən xəbər verir ki, məşq zamanı Ardanın nümayiş etdirdiyi oyun baş məşqçi Karlo Ançelotti tərəfindən təqdir edilib. Məlumata görə, məşq zamanı iki möhtəşəm ötürmə etməyi bacaran türk futbolçu italiyalı çalışdırıcını heyran etməyi bacarıb. Daban ötürməsi ilə istedadını nümayiş etdirən gənc futbolçu, digər epizod zamanı komanda yoldaşına möhtəşəm ötürmə edərək məşqə damğa vurub.

Arda Gülerə görə məşqi iki dəfə dayandıran Ançelotti gənc istedadı şəxsən təbrik edib. Bildirilir ki, Ançelotti Arda Gülerin performansından getdikcə daha çox razı qalır.

Milli.Az


Etiketlər:  Ançelotti Ardaya görə məşqi dəfə dayandırdı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ