Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

87 yaşlı neftçi-alim: “İndiyə qədər belə seçki olmayıb”

87 yaşlı neftçi-alim: “İndiyə qədər belə seçki olmayıb”

Tarix: 22 Yanvar 2024 18:50

"İlk dəfədir azad, müstəqil və suveren Azərbaycanın bütün ərazilərində seçkilər keçiriləcək. Sevincimin həddi-hüdudu yoxdur. Axı indiyə qədər belə seçki olmayıb.. Çox xoşbəxtəm ki, Allah 87 yaşımda bu seçkilərdə iştirak etməyi mənə qismət edir".

Milli.Az xəbər verir ki, bunu secki-2024.az saytına açıqlamasında neftçi-alim, texnika elmləri namizədi Rafik Məmmədov deyib. R.Məmmədov, həmçinin əmin olduğunu bildirib ki, bütün xalqımız 7 fevral seçkilərində böyük həvəslə, ürək açıqlığı ilə iştirak edəcək:

"Çünki son 200 ildən artıq müddətdə ilk dəfədir ki, erməni işğalı altında olan ata-baba torpaqlarımızı geri qaytarmışıq və bu seçkini qalib xalq kimi keçiririk. Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizə şəfa versin. Hər şey mənə xoş bir yuxu kimi gəlir. Şükürlər olsun ki, Azərbaycanın hər yerində seçkilərin keçirilməsinin şahidi oluram".

Milli.Az


Etiketlər:  87 yaşlı neftçi alim İndiyə qədər belə seçki olmayıb


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ