Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Türkiyənin növbəti kosmik hədəfi nədir?

Türkiyənin növbəti kosmik hədəfi nədir?

Tarix: 23 Yanvar 2024 08:36

Xəbər verdiyimiz kimi, ilk türkiyəli astronavt Alper Gezeravcı yanvarın 19-u Türkiyə saatı ilə 00:49-da kosmosa yola salınıb. Astronavt Beynəlxalq Kosmik Stansiyada 14 gün qalacaq. Kosmosa səyahət nəticəsində 13 fərqli elmi təcrübə aparılacaq. 

Bəs, Türkiyənin növbəti kosmik hədəfi nədir?

Milli.Az qafqazinfo.az-a istinadən xəbər verir ki, bu barədə artıq Türkiyə mətbuatı məlumat yayıb.

Məlumata görə, Türkiyənin növbəti kosmos gündəmində yeni layihələr yer alır. Hədəf isə əsasən Ayla bağlı layihələrdir. Belə ki, ilk kosmik gəminin 2026-cı ildə Aya göndərilməsi planlaşdırılır.

Ayı orbitdən tədqiq etmək və Ay səthinə enmək üçün istifadə ediləcək kosmik gəmi milli imkanlarla istehsal olunacaq. Bundan əlavə, yeni nəsil peyklərin inkişafı sahəsində dünya ilə rəqabət apara biləcək kommersiya brendinin yaradılması barədə də müzakirələr aparılır. 

Həmçinin, kosmos gündəliyinə bir çox peyk və raket layihələri də əlavə olunacaq.

Türkiyənin regional yerləşdirmə və zamanlama sisteminin inkişaf etdirilməsi, kosmosa çıxışın təmin edilməsi və kosmos limanının fəaliyyətinin qurulması, kosmik hava və ya meteorologiya sahəsinə investisiya yatırılması və bu sahədə səlahiyyətlərin artırılması əsas məqsədlər arasındadır.

Qeyd olunub ki, indiyə kimi BILSAT, RASAT, Göktürk-1 və Göktürk-2 peykləri, İMECE peyki, TÜRKSAT 3A, 4A, 4B, 5A və 5B peykləri kosmosa göndərilib. İndi isə ilk yerli rabitə peyki olan TÜRKSAT 6A-nın yaxın vaxtlarda kosmosa göndərilməsi planlaşdırılır. Beləliklə, Türkiyə dünyada rabitə peykləri istehsal edən ölkələr sırasında yer alacaq.

Xatırladaq ki, Gezeravcı stansiyadakı missiyası zamanı kosmosdan Bakı, Konya, Ankara, İstanbul və Çanaqqalanın fotolarını çəkəcək. 

Milli.Az


Etiketlər:  Türkiyənin növbəti kosmik hədəfi nədir


RƏYLƏR