Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

İnfeksionist: Suçiçəyi heç vaxt orqanizmi tərk etmir, immunitet zəiflədikdə bu xəstəliyə səbəb olur

İnfeksionist: Suçiçəyi heç vaxt orqanizmi tərk etmir, immunitet zəiflədikdə bu xəstəliyə səbəb olur

Tarix: 23 Yanvar 2024 10:30

"Qızılca ilə təkrar xəstələnmə çox nadir hallarda baş verə bilər və demək olar ki, rast gəlinmir. Suçiçəyi isə 3-cü növ herpes virusu tərəfindən törədilir. Bu xəstəliyin kəskin formasıdır. Virus insana yoluxduqdan sonra heç vaxt orqanizmi tərk etmir, ömürlük qalır və immunitet zəiflədikdə kəmərləyici dəmrov xəstəliyinə səbəb olur".

Sonxeber.net xəbər verir ki, bunu APA-nın sorğusuna cavab olaraq Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, infeksionist Təyyar Eyvazov deyib.

Onun sözlərinə görə, COVİD-19-a qarşı vurulan vaksin digər viruslara qarşı yaranmış immunitetə təsir etmir: "Vaksinasiya prosesində hansı vaksinlərin eyni vaxtda vurulması və ya eyni vaksinin ikinci dozasının, həmçinin digər vaksinlərin hansı vaxt intervalında vurulması bərədə qaydalar mövcuddur ki, bunlara əməl olunmalıdır. Qızılcaya qarşı yalnız bir doza peyvənd almış şəxslərdə qızılcaya yoluxma mümkündür. İki doza alan şəxslərin yalnız 1%-də qoruyuculuq formalaşmaya bilər. Suçiçəyinə qarşı peyvənd Peyvəndlərin Milli Təqviminə daxil deyil. Qızılcada olduğu kimi, suçiçəyinə peyvənd olunan şəxslər xəstələnə bilər, lakin xəstəliyi yüngül keçirir, fəsadlaşma baş vermir".


Etiketlər:  İnfeksionist Suçiçəyi heç vaxt orqanizmi tərk etmir immunitet zəiflədikdə xəstəliyə səbəb olur


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ