Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Makronun xanımının futbolla bağlı sualı gülüşlə qarşılandı

Makronun xanımının futbolla bağlı sualı gülüşlə qarşılandı

Tarix: 24 Yanvar 2024 22:56

Futbol üzrə Fransa millisinin baş məşqçisi Didye Deşam ölkə Prezidenti Emanuel Makronun xanımının sualına yumoristik cavab verib.

Milli.Az qafqazinfo.az-a istinadən xəbər veir ki, bununla bağlı "Portail Free" nəşri yazı dərc edib.

Belə ki, Reymsdəki uşaq xəstəxanasına baş çəkən Deşam və xanım Makron idmanla bağlı təsadüfi söhbət aparıb. 

Xanım Makron futbol haqqında məhdud biliyindən ilhamlanaraq yaponiyalı oyunçu Junya İtonun Fransa millisinə niyə dəvət edilmədiyini soruşub.

"Reyms"də çox yaxşı futbol oynayan yapon var. Onun adı İtodur. Çox əla oynayır. Biz onu milliyə dəvət etməliyik! Niyə onu çağırmırsınız?" - deyə Bricit Makron sual verib.

Prezident xanımının sualına Deşam "Çünki, o yapondur" deyə cavab verib.

Qeyd edək ki, 23 yaşlı futbolçu Yaponiya millisinin heyətində 51 oyun keçirib.

Milli.Az


Etiketlər:  Makronun xanımının futbolla bağlı sualı gülüşlə qarşılandı


RƏYLƏR