Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Tanınmış futbolçu oyunda fırıldaq etdi, cəzalandırıldı

Tanınmış futbolçu oyunda fırıldaq etdi, cəzalandırıldı

Tarix: 25 Yanvar 2024 15:04

"Arsenal"ın hücumçusu Qabriel Jesus maraqlı vəziyyətlə üzləşib.

Sonxeber.net publika.az-a istinadən xəbər verir ki, o, aksessuarlar almağa külli miqdarda pul yatırmasına baxmayaraq fırıldaq etdiyinə görə məşhur "Counter-Strike 2" video oyunundan kənarlaşdırılıb. Braziliyalı futbolçu xüsusi M4A1-S Hot Rod tapançasına 1000 avro daxil olmaqla, oyundaxili digər funksialarla 40.000 avro xərcləyib. Lakin indi o, həmişəlik blok olunduğundan nə oyunu oynaya bilmir, nə də pulunu geri qaytarmaq imkanı yoxdur.

Jesus hətta açıq şəkildə mərhəmət diləyib. "Hey, "Counterstike", mənim hesabım VAC tərəfindən ədalətsiz şəkildə blok edilib. Mənə kömək edə bilərsinizmi? Hesab linkini izləyin və onu blokdan çıxarın", - deyə "Arsenal"ın forvardı X sosial şəbəkəsində paylaşım edib.


Etiketlər:  Tanınmış futbolçu oyunda fırıldaq etdi cəzalandırıldı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ