Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 26 Yanvar 2024 20:42
Cənubi Koreyanın Türkiyədəki səfiri Lee Won-Ikın diplomatik fəaliyyət müddəti başa çatıb.
Sonxeber.net qafqazinfo-ya istinadən xəbər verir ki, səfir 3 ildir fəaliyyət göstərdiyi Türkiyə ilə özünəməxsus şəkildə vidalaşıb.
Belə ki, o, saksafonda türkiyəli dostları üçün "Memleketim" və "Katibim" mahnılarını ifa edib.
Lee Won-Ik ölkə mediasına açıqlamasında bu müddət boyu ona göstərilən qonaqpərvərliyə görə təşəkkür edib və Türkiyə üçün darıxacağını vurğulayıb.