Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 26 Yanvar 2024 20:50
İlk dəfə olaraq Azərbaycanın bütün ərazisində prezident seçkilərinin keçirilməsi bir vətəndaş olaraq məni çox sevindirir.
Sonxeber.net xəbər verir ki, bunu secki-2024.az saytına açıqlamasında Vətən Müharibəsi Qəhrəmanı Qəzənfər Ağayev bildirib.
O qeyd edib ki, Vətən Müharibəsi Qəhrəmanı və vətəndaş olaraq o da bu seçkilərdə aktiv iştirak edəcək: "Hesab edirəm ki, bütün vətəndaşlarımız bu tarixi seçkilərdə aktiv iştirak etməli və Azərbaycanı növbəti uğurlara aparacaq liderinə səs verməlidir. Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarını fəda edən şəhidlərimizin ruhu şaddır. Çünki bu gün Azərbaycan bu missiyanı tamamlayıb, üçrəngli bayrağımız ölkəmizin hər bir güşəsində qürurla dalğalanır. Ona görə də hər bir müharibə iştirakçısı, şəhid ailəsi fevralın 7-də keçiriləcək seçkilərdə aktiv iştirak etməlidir", - deyə Vətən Müharibəsi Qəhrəmanı bildirib.