Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

"Qarabağ" klubu rəsmi himnini təqdim etdi - VİDEO

Tarix: 26 Yanvar 2024 21:48

"Qarabağ" futbol klubu rəsmi himnini təqdim edib.

Milli.Az Ağdam klubunun mətbuat xidmətinə istinadən xəbər verir ki, 2022-ci ildə çalışmalarına start verilən himnin söz və musiqi müəllifi Rüzgar Əhmədzadədir.

Musiqi ideyası möhtəşəm Qarabağ zəfərindən və klubun beynəlxalq arenada qazandığı qələbələrdən qaynaqlanır.

Himn 17 İyun 2023-cü il tarixində Azərbaycan Dövlət Akademik Filarmoniyasında Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri və Dövlət Xor Kapellası tərəfindən ifa olunub və səsyazması baş tutub.

Milli.Az


Etiketlər:  Qarabağ klubu rəsmi himnini təqdim etdi VİDEO


RƏYLƏR