Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 27 Yanvar 2024 07:34
Kanada Birləşmiş Millətlər Təşkilatının Yaxın Şərqdəki Fələstinli Qaçqınlara Yardım və İşlər üzrə Agentliyinə bəzi işçilərinin radikal HƏMAS hərəkatı ilə əlaqəsi olduğuna dair şübhələrə görə maliyyələşdirməni dayandırıb.
Sonxeber.net report.az-a istinadən xəbər verir ki, bu barədə Kanadanın beynəlxalq inkişaf naziri Əhməd Hussen məlumat verib.
O, Kanadanın Qəzza zolağındakı humanitar böhrandan dərin narahat olduğunu vurğulayıb:
"Kanada ehtiyacı olanlara əsas humanitar yardımın sürətli, davamlı və maneəsiz çatdırılmasının tərəfdarıdır. Biz bütün tərəfləri beynəlxalq humanitar hüquqa hörmət etməyə çağırırıq".