Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 27 Yanvar 2024 18:54
2023-ci ilin yanvar-dekabr aylarında Almaniya vətəndaşları Türkiyədə 1 363 daşınmaz əmlak satın alıblar ki, bu da 2022-ci ilin eyni dövrü ilə müqayisədə 1 342 obyekt azdır.
Sonxeber.net bildirir ki, bu barədə TurkicWorld-a Türkiyənin Torpaq Kadastrı və Daşınmaz Əmlak Alqı-Satqısı üzrə Dövlət orqanından məlumat verilib.
Məlumata görə, keçən ilin dekabr ayında Almaniya vətəndaşları Türkiyədə 67 daşınmaz əmlak alıblar ki, bu da 2022-ci ilin dekabr ayı ilə müqayisədə 145 obyekt azdır.
Qeyd edək ki, 2023-cü ilin dekabr ayında Türkiyədə 138 min 577 mənzil satın alınıb ki, bu da 2022-ci ilin dekabr ayı ilə müqayisədə 33,4 faiz azdır.
Məlumata görə, 2023-cü ilin yanvar-dekabr aylarında Türkiyədə 1 milyon 225 min 926 mənzil satın alınıb.
"Bu göstəricilər 2022-ci ilin eyni dövrü ilə müqayisədə 17,5 faiz azdır", - deyə nazirlikdən qeyd edilib.
2023-cü ilin dekabr ayında Türkiyədə xarici vətəndaşlara 2 min 64 mənzil satılıb ki, bu da 2022-ci ilin eyni dövrü ilə müqayisədə 67,7 faiz azdır.
Keçən il əcnəbi vətəndaşlar Türkiyədən 35 min mənzil alıblar ki, buda 2022-ci ilin eyni dövrü ilə müqayisədə 48,1 faiz azdır.