Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 27 Yanvar 2024 19:46
Çinin xarici işlər naziri Vanq Yi ABŞ prezidentinin köməkçisi Ceyk Sallivan ilə Banqkokda görüşüb.
Sonxeber.net axar.az-a istinadən xəbər verir ki, bu barədə Çin Xarici İşlər Nazirliyi məlumat yayıb.
Məlumata görə, tərəflər görüş zamanı, Yaxın Şərqdəki vəziyyət, Ukrayna böhranı, Koreya yarımadası problemi və Cənubi Çin dənizi probleminə toxunublar.
"Tayvan məsələsi Çinin daxili işidir və Tayvandakı seçkilər Tayvanın Çinin bir hissəsi olması faktını dəyişdirə bilməz. Tayvan boğazında sülh və sabitliyə ən böyük risk "Tayvanın müstəqilliyi"dir, Çin - ABŞ münasibətləri üçün isə ən böyük çağırış "Tayvanın müstəqilliyi"dir", - V.Yi qeyd edib.