Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

WP: Tramp yenidən seçilərsə, Çindən idxala 60 % rüsum tətbiq edə bilər

WP: Tramp yenidən seçilərsə, Çindən idxala 60 % rüsum tətbiq edə bilər

Tarix: 28 Yanvar 2024 09:02

ABŞ-nin 45-ci prezidenti Donald Tramp Çin mallarına 60 %-lik rüsumların tətbiqini müzakirə edir.

Sonxeber.net report.az-a istinadən xəbər verir ki, bu barədə "The Washington Post"a (WP) mənbələr bildiriblər.

Qəzetə görə, keçmiş prezident "qlobal ticarət müharibəsinə" səbəb ola biləcək "Çinə yeni genişmiqyaslı iqtisadi hücuma" hazırlaşır.

Tramp Çinin ticari statusunu aşağı salmaq istədiyini açıq şəkildə bəyan edib. Nəşrə görə, bu, rüsumların 40 %-ə qədər artmasına yol açacaq. Bununla belə, qəzetin yazdığına görə, o, şəxsi söhbətlərində müşavirlərlə 60 faizlik rüsumların tətbiqi imkanını müzakirə edir. Eks-prezidentin nümayəndələri məlumatla bağlı şərh verməyiblər.

WP hesab edir ki, bu ssenarilərdən hər hansı biri "ABŞ və qlobal iqtisadiyyatlar üçün böyük xərclərə" gətirib çıxaracaq. Respublikaçılar əvvəllər Çindən gələn 370 milyard dollarlıq mallara gömrük rüsumları tətbiq ediblər.

Donald Tramp 2024-cü ilin noyabrında ABŞ-də keçiriləcək prezident seçkilərində namizədliyini irəli sürür. Onun demokratlardan olan rəqibi yenə 2020-ci ildə respublikaçıya qalib gəlməyi bacarmış Cozef Bayden ola bilər.


Etiketlər:  Tramp yenidən seçilərsə Çindən idxala rüsum tətbiq edə bilər


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ