Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Robbi Uilyams futbol klubunun prezidenti oldu

Robbi Uilyams futbol klubunun prezidenti oldu

Tarix: 28 Yanvar 2024 19:20

Britaniyalı müğənni Robbi Uilyams İngiltərənin "Port Vale" futbol klubunun prezidenti olub.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, bu barədə komandanın mətbuat xidməti "X" sosial şəbəkəsində məlumat yayıb.

Qeyd olunur ki, Uilyams əslən sözügedən klubun yerləşdiyi Stok-on-Trent şəhərindəndir və uzun müddətdir komandanın azarkeşidir.

"Mənim həyatım qeyri-adi və gözəldir. Klub prezidenti vəzifəsini əldə etmək isə xüsusi bir hissdir", - deyə musiqiçi bildirib.

Milli.Az


Etiketlər:  Robbi Uilyams futbol klubunun prezidenti oldu


RƏYLƏR