Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Zinəddin Zidan Fransa millisinin baş məşqçisi olmaq istəyir

Zinəddin Zidan Fransa millisinin baş məşqçisi olmaq istəyir

Tarix: 28 Yanvar 2024 20:42

İspaniyanın "Real" klubunun sabiq baş məşqçisi Zinəddin Zidanın karyerası ilə bağlı istəyi bəlli olub.

Milli.Az report.az-a istinadən xəbər verir ki, 51 yaşlı mütəxəssis hazırda yalnız Fransa millisində işləmək niyyətindədir.

O, başqa yerdə çalışmağı planlaşdırmır. Zidan məhz bu səbəbdən Əlcəzair yığmasının "sükanı arxasına" keçməkdən imtina edib.

Qeyd edək ki, Fransa millisinin baş məşqçisi Didye Deşamın müqaviləsi 2026-cı ilə qədər qüvvədədir. Zidan 2016-2018 və 2019-2021-ci illərdə "Real"da işləyib, komanda ilə iki dəfə La Liqanı, üç dəfə UEFA Çempionlar Liqasını qazanıb.

Milli.Az


Etiketlər:  Zinəddin Zidan Fransa millisinin baş məşqçisi olmaq istəyir


RƏYLƏR