Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Braziliyada təyyarə qəzaya uğrayıb, ölənlər var

Braziliyada təyyarə qəzaya uğrayıb, ölənlər var

Tarix: 29 Yanvar 2024 07:20

Braziliyanın Minas-Jerays ştatında yüngül mühərrikli təyyarənin qəzaya uğraması nəticəsində azı 5 nəfər ölüb.

"Report" xəbər verir ki, bu barədə yerli fövqəladə xilasetmə xidməti məlumat yayıb.

Hadisə İtapeva şəhəri yaxınlığında baş verib. Xilasedicilər 5 nəfərin öldüyünü təsdiqləyib, daha iki nəfər, o cümlədən iki yaşlı uşaq hələ də itkin düşüb. Axtarış əməliyyatı davam edir.

Yerli sakinlər hadisə yerinə gələn xilasedicilərə bildiriblər ki, hadisə baş verən vaxt güclü yağış yağıb və təyyarə naməlum səbəbdən qəzaya uğramazdan əvvəl havada parçalanıb.

Milli.Az


Etiketlər:  Braziliyada təyyarə qəzaya uğrayıb ölənlər var


RƏYLƏR