Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 29 Yanvar 2024 19:55
"Gəncədə toyda idim. Çox şən toy gedirdi. Anidən gəlinin atası yıxıldı, hamı ətrafına toplaşdı. Adamın ürəyi dayanmışdı. Gəlinin ağ libasda meyiti qucaqlayıb qışqıraraq ağlamasını unuda bilmirəm".
Sonxeber.net bildirir ki, bu fikirləri lent.az-a müsahibəsində müğənni Damla söyləyib. O, getdiyi el şənliklərində və toylarda başına gələn maraqlı məqamlardan danışıb.
"Gürcüstanda toyda qulağımın dibində atəş açdılar. Qorxudan ölmüşdüm. Çox pis qorxmuşdum. Ömrümdə silah görməmişdim. Özümü toplayıb məclisi idarə eləmək xeyli zamanımı aldı. Çox çətin olmuşdu o gün mənə", - müğənni bildirib.
O, Rusiyada toyda yaşanmış qeyri-adi bir hadisədən də danışıb.
"Peterburqda toyda idik. Çox şən bir məclis idi. Birdən əli silahlı polislər məclisi basdılar. Heç kimin şadlıq evindən çıxmağa ixtiyarı yox idi. Hadisə olmuşdu, bütün kişiləri, hətta toyun bəyini də götürüb apardılar. Toy cəmi 2 saat davam etdi. Məclisdə ancaq qadınlar qalmışdı, Məcbur olduq, məclisi dayandırdıq", - o vurğulayıb.