Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Netanyahu onları HƏMAS-a yardım etməkdə ittiham etdi

Netanyahu onları HƏMAS-a yardım etməkdə ittiham etdi

Tarix: 29 Yanvar 2024 20:14

İsrailin Baş naziri Benyamin Netanyahu Tel-Əvivin 7 oktyabr 2023-cü ildə HƏMAS-ın ölkəsinə qarşı hücumunda BMT-nin Fələstinli Qaçqınlara Yardım və İşlətmə Agentliyinin (UNRWA) bəzi əməkdaşlarının iştirak etdiyinə dair kəşfiyyat məlumatı yayımladığını təsdiqləyib.

Sonxeber.net qafqazinfo-ya istinadən xəbər verir ki, bu haqda "Reuters" agentliyi məlumat yayıb.

"Biz aşkar etdik ki, BMT-nin Fələstinli Qaçqınlara Yardım və İşlətmə Agentliyinin 13 əməkdaşı həqiqətən də 7 oktyabr qırğınında birbaşa və ya dolayısı ilə iştirak edib. Həmin agentliyin məktəbləri İsraili məhv etmək doktrinalarını öyrədir - terrorizm doktrinaları, terrorizmi tərifləmək, terrorizmi ucaltmaq", - Baş nazir bildirib.

O, HƏMAS-ın BMT-nin yardım agentliyinə "nüfuz etdiyini" deyib.


Etiketlər:  Netanyahu onları HƏMAS yardım etməkdə ittiham etdi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ