Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 13 Noyabr 2019 15:56
"Azərbaycan kubokunda 12 komandanın olması nə məndən, də də jurnalistlərdən asılıdır".
Qol.az xəbər verir ki, bu sözləri Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev Azərbaycan kubokunun püşkatma mərasimində çıxış edərək deyib.
O, klubların kuboka maraq göstərmədiyini bildirib: "Hətta həvəskar komandaların yarışa qatılması əsasnaməyə uyğun gəlməsə də, buna icazə verməyə hazır idik" – deyə Musayev qeyd edib.
PFL rəhbəri Premyer Liqanın sponsoru məsələsi ilə bağlı isə deyib ki, xarici şirkətlə danışıq aparsalar da, həmin qurumun Azərbaycanda lisenziyası olmadığı üçün razılıq verilməyib.