Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Nəfəsiniz sizi uzun illər yaşada bilər: bunu edin, 100-ü keçin

Nəfəsiniz sizi uzun illər yaşada bilər: bunu edin, 100-ü keçin

Tarix: 30 Yanvar 2024 21:21

Yaşlanma əleyhinə və bərpaedici təbabət üzrə ixtisaslaşan həkim Kien Vuu çox az vaxt tələb edən, lakin ömrü uzadan üsullar təklif edib.

Sonxeber.net publika.az-a istinadən xəbər verir ki, onun məsləhəti "Business Insider" nəşrində yayımlanıb.

Vuu hesab edir ki, mikromeditasiya ömrü uzadan ən sadə və effektiv üsullardan biridir və bu nəfəs məşqləri təxminən bir dəqiqə çəkir. Sakitləşdirici təsiri sayəsində sağlamlığa müsbət təsir göstərirlər. Vuu stresli vəziyyətdə nəfəs almağa diqqət etməyi tövsiyə edib, dərindən nəfəs alın, dördə qədər sayın, sonra nəfəsinizi tutun və yeddiyə qədər sayın, səkkizinci saniyədə nəfəsinizi buraxın.

Vuuya görə qocalma ilə mübarizənin ikinci üsulu müntəzəm fiziki fəaliyyətdir. O hesab edir ki, gəncliyi qorumaq üçün beş dəqiqəlik yüngül məşqlər etmək kifayətdir. Həkim qeyd edib ki, idman fasiələlərini hər gün və mümkün qədər tez-tez təşkil etmək lazımdır.

Vuu həmçinin daha uzun müddət gənc qalmaq istəyənlərə eyni vaxtda yatmağı tövsiyə edib. Onun fikrincə, aydın rejim hətta yuxu çatışmazlığını kompensasiya edə bilər. Bundan əlavə, həyatı mənalandıracaq bir fəaliyyət tapmağa çağırıb.

"Sizi canlı hiss etdirən məşğuliyyət beyində ömrü uzadan biokimyəvi dəyişikliklərə səbəb olur", - yekunda həkim vurğulayıb.


Etiketlər:  Nəfəsiniz sizi uzun illər yaşada bilər bunu edin keçin


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ