Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 31 Yanvar 2024 06:54
Şahzadə Uilyamın həyat yoldaşı şahzadə Keyt Middlton xəstəxanadan evə buraxılıb.
Sonxeber.net axşam.az-a istinadən xəbər verir ki, qəfil halı pisləşdiyi üçün xəstəxanaya yerləşdirilən Midlton qarın nahiyəsindən əməliyyat olunub. O, 14 gün tibb müəssisəsində qaldıqdan sonra evə buraxılıb.
Midltonun bundan sonrakı müalicəsi evdə aparılacaq. Bildirilib ki, şahzadə Pasxa bayramına qədər rəsmi tədbirlərdə iştirak etməyəcək.
Qeyd edək ki, Middlton yanvarın 16-da London klinikalarından birinə yerləşdirilmişdi.
Yanvarın 17-də Bukinqem Sarayı Kral III Çarlzın prostat vəzi problemi ilə xəstəxanaya yerləşdirildiyini və onunla bağlı ictimai tədbirlərin təxirə salındığını açıqlamışdı.