Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Ürək əməliyyatı olacaqdım, balamı gözləyirdim'' - “Mahir Ay Brat”ın anası danışdı - VİDEO

''Ürək əməliyyatı olacaqdım, balamı gözləyirdim'' - “Mahir Ay Brat”ın anası danışdı - VİDEO

Tarix: 31 Yanvar 2024 10:50

Qanunsuz olaraq külli miqdarda narkotik saxlamaqda ittiham olunan meyxanaçı Mahir Qonşuyevin ("Mahir ay Brat") cinayət işi üzrə məhkəmə istintaqı tamamlanıb.

Sonxeber.net musavat.com-a istinadən bildirir ki, hökmə əsasən, M.Qonşuyevə 1 il 8 ay müddətə azadlığın məhdudlaşdırılması (elektron qolbaq daşıma) cəzası təyin edilib. Meyxanaçı məhkəmə zalından birbaşa azadlığa buraxılıb.

Azadlığa qovuşan meyxanaçı İTV-yə açıqlama verib:

"Çox sağolsunlar ki, məhkəmədə ədalətli qərar çıxartdılar. Sağolsunlar humanist addım atdılar".

Meyxanaçının anası da, oğlunun evə gedəcəyindən sevindiyini bildirib:

"Allah hakimdən də, vəkildən də razı olsun. Sağolsunlar ki, balamı mənə təhvil verdilər. Ürəyimdən əməliyyat olacaqdım, balamı gözləyirdim. Şükürlər olsun Allahın birliyinə".


Etiketlər:  Ürək əməliyyatı olacaqdım balamı gözləyirdim Mahir Bratın anası danışdı VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ